Avtomobilin yaylarını kəsdirmək və ya qızdırmaq olar?- İZAH - VİDEO

Əsasən “Vaz” markalı avtomobillərin sürücüləri zavod tərəfindən avtomobilə quraşdırılmış yayları (prujinləri), “sport” adlı yaylarla əvəzləmək, bəzən isə yaylara müdaxilə edərək onları qızdırmaq və yaxud kəsdirərək qısaltmaq istəyirlər. Bununla bağlı oxucular Avtosfer.az-ın “sual-cavab” bölməsinə mütəmadi olaraq suallar ünvanlayırlar.
Bəs görəsən “sport” yayları quraşdırmaq və ya yayları qızdırmaq və yaxud da kəsərək qısaltmaq qayda pozuntusu sayılırmı?
Bu barədə hüquqşünas Ərşad Hüseynov “Düzgün hərəkət” verilişində dinləyicinin sualına izahlı şəkildə cavab verib. O, qeyd edib ki, asqılarla bağlı heç bir beynəlxalq və milli standart yoxdur. Lakin təcrübədə istehsalçının yanaşması üstün götürülür. Yəni avtomobili istehsal edən zavod hansı texniki göstəricilərə malik asqını qoyursa, həmin göstəricilərdən kənara çıxmaq normativ tələbləri pozma kimi qiymətləndirilir.
Hüquqşünas onu da qeyd edib ki, avtomobilə bu cür dəyişiklik etmək təhlükəlidir və məsləhət deyil. Çünki, nəqliyyat vasitəsinin asqılarının vəziyyəti,onun dayanıqlığına, tormozlanmasına, sükan idarə mexanizminə və yükün paylanmasına təsir edir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












