Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlindən alındı, özü isə 15 sutka həbs olundu - VİDEO

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlər Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Chevrolet" markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü E.Aşurəliyevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Gecə saatlarında etdiyi hərəkətə görə HƏBS EDİLDİ - VİDEO
Əks yolla gələn sürücü az qala motosikletçini vuracaqdı - VİDEO
Yol verməyən sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Bakıda motosikletçi qaydanı pozdu - VİDEO
Hərəkətdə olan sürücüyə dayanma-durma cəriməsi yazıldı - FOTO
“Sədərək”də sürücülərə sərt nəzarət başladı: Qayda pozanlar müəyyən edilir - VİDEO
Motosikletə məhəl qoymayan sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyada keçidindən qaçaraq keçən şəxsi yük maşını vurdu - VİDEO
Ötmə qaydasını pozan sürücü qarşıdan gələn maşını təhlükə qarşısında qoydu - VİDEO
Qəza şəraiti yaratdı, üstəlik xoşagəlməz sözlər işlətdi - VİDEO
Ən sol zolaqdan birbaşa ən sağa keçib təhlükə yaratdı - 90-PR-726 - VİDEO










