Bakı-Qazax yolunda sürücülər əlbəyaxa oldu – "Sol zolaq mənimdir, adamını tanı" - VİDEO

Bu hadisənin ötən gün şahidi olmuşam. “Mercedes Vito” markalı mikroavtobusla Bakıya qayıdarkən başqa bir avtomobil sürücüsünün təhlükəli manevr edərək, işıq və səs siqnalları ilə yol istədiyinin şahidi oldum. Bu hal bir neçə dəfə təkrarlandı. Bu an qəflətən “Vito”nun sürücüsü həmin avtomobilə əllə işarə edərək saxlamasını tələb etdi. Həm də sürücü elə kəskin manevr etdi ki, salondakılar qorxuya düşdü. O, maşından endikdə digər sərnişinlər də hər ehtimala qarşı yerə düşdülər.
99 ZL 534 markalı “Chevrolet”in sürücüsü iddia etdi ki, haqlıdır, maşında ölümcül xəstə var və buna yol verilməlidir. 90 TT 983 markalı “Vito”nun sürücüsü də özünü haqlı çıxarmağa çalışdı. Təxminən 1 dəqiqə çəkən mübahisədən sonra hər kəs sakitcə yoluna davam etdi.
Bəs əslində kimdir günahkar? Bu suala cavab üçün əvvəlcə hadisənin baş verdiyi əraziyə diqqət edək. Bu mübahisə Bakıya 70 km məsafədə, Azpetrol YDM-dən təxminən 500 metr uzaqda, saat 17.53-də baş verib. Həmin hissədə yük avtomobilləri sağ zolağı dağıtdığından əksər sürücülər sol yolla getməyə məcbur olurlar. Bu da çox vaxt qəza şəraiti və gərgin anların yaranması ilkə nəticələnir. “Vito” sürücüsü iddia edir ki, heç kim maşını dağıtmamaq üçün sol yolla getmir (bunun dəfələrlə şahidi olmuşam). Xüsusən də gecə saatlarında. Bir sözlə, bu situasiyada tələsən “Chevrolet” sürücüsünə və ya səbrsiz “Vito” sürücüsünə haqq verməsəm də bir məsələ aydındır: yol normal olsa, belə konfliktlərə də şərait yaranmaz.
Vüqar
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












