Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO

Fevralın 3-də Bakı Əyləncə Mərkəzinin yanında yerləşən ödənişli parklanma ərazisində naməlum şəxs avtomobillərin qapısının açıq olub-olmamasını yoxlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a sakinlər məlumat verib.
Bildirilib ki, sözügedən hadisə axşam saat 22:00-da baş verib və "Tesla" markalı avtomobilin özünü müdafiə sistemi tərəfindən kənardan müdaxilə zamanı işə düşərək daxili kameraları vasitəsilə qeydə alınıb.
Sakinlərin sözlərinə görə, bu yanaşma soyğunçuluğa cəhddir:
"Ərazidə çox sayda avtomobil dayanır, təhlükəsizlik kameraları və nəzarətçilərin olmasına baxmayaraq şəxsin bu cəhdi biz vətəndaşları ciddi narahat etdi. Bunu ərazidəki nəzarətçilərə bildirsək də, sadəcə şəxsi tanımadıqlarını vurğuladılar", - onlar qeyd edib.
Hadisənin görüntülərini təqdim edirik:
Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov qeyd edib ki, görüntülərlə bağlı araşdırma aparılır.
"Polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir".
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO
Xırdalanda sürücü avtobus zolağı ilə kefinə uyğun hərəkət etdi - VİDEO
Düzünə hərəkət olan zolaqdan geriyə dönən sürücü hərəkətə mane oldu - VİDEO
Hər ikisi qaydanı pozub qəzaya səbəb oldu - ANBAAN VİDEO
Diplomatik toxunulmazlıq qayda pozmağa əsas verirmi? - FOTO
Döngədə təhlükəli ötmə edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO












