Yol polisi üç dəhşətli qəzanın görüntülərini yaydı - ANBAAN VİDEO

Daim sürücülərə diqqətli olmaları barədə xəbərdarlıq edilsə də, bu sahədə mütəmadi təbliğat aparılsa da, ani diqqətsizliyin səbəb olduğu qəzalar qaçılmazdır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, mütəmadi məlumatlar verilməsinə baxmayaraq, yenə də yollarda məsuliyyətsizlik edən sürücülərlə üzləşirlər: “Təqdim olunan hər üç görüntü paytaxt yollarında ötən dövrdə baş verib. Bu, hələ həmin qəzaların bir qismidir. Bu qəzalara səbəb isə sürət həddinin aşılması, təhlükəli manevrlər və sürücü diqqətsizliyidir. Bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq. Öz həyatlarını, digər hərəkət iştirakçılarının həyatını riskə atacaq davranışlara yol verməsinlər. Çünki ani diqqətsizlik ya sizi, ya da digərlərini “yol terroru”na qurban verə bilər”.
Avtosfer.az təqdim olunan hadisələrin görüntülərini təhlil edərək bildirir ki, birinci qəzada sürücünün sükan arxasında yuxuladığı və ya diqqətin yolda olmadığını ehtimal etmək olar. Ola bilsin ki, sürücünün başı telefona qarışıb, qəflətən sərt manevr etdiyi üçün sürətli yolda maşın idarəetmədən çıxır.
İkinci hadisədə sürücü göz görə-görə qırmızı işıqda hərəkəti davam etdirir. Nəticədə "Prius" həmin avtomobili vurur, o da başqa avtomobilə çırpılır.
Üçüncü kadrda isə biz yüksək sürətin ağır nəticəsinin şahidi oluruq.
Sürücüləri sükan arxasında son dərəcə diqqətli olmağa çağırırıq.
Şəfa
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












