Bu sürücü elə bilir dönmə işığını yandırıb "aya" da çıxmaq olar - VİDEO

Xırdalan şəhərində manevr qaydasını pozan sürücü digər avtomobilə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-OU-427 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət etdiyi zaman dönmə işığını yandıraraq anidən sol zolağa keçib, daha sonra isə sürətini azaldaraq sola dönüb. Bu zaman görüntünü qeydə alan avtomobilə təhlükəli vəziyyət yaradıb.
Sürücülər bir çox hallarda düşünürlər ki, dönmə işığı yandırmaq onlara üstünlük verir və bu halda onlar istədikləri formada manevr etsələr qayda pozmamış hesab edilirlər. Bu, kökündən yanlış fikirdir. Qanunvericilikdə qeyd olunub ki, sağa və sola dönən sürücü öncədən müvafiq kənar vəziyyət seçməlidir. Çox təəssüf ki, əksər sürücülər buna məhəl qoymurlar. Nəticədə də qəzalar qaçılmaz olur.
Fərid
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












