Dayanacağı parkingə çevirən sürücülər - 99-LE-996 və 77-UK-240 - FOTO

Paytaxtın Binəqədi rayonu Abay Kunanbayev küçəsində dayanma-durma qaydalarını pozan sürücülər kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-a fotoşəkillər göndərib. Belə ki, 99-LE-996 dövlət nömrə nişanlı “Volkswagen Jetta” markalı və 77-UK-240 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobillərin sürücüləri avtobus dayanacağını zəbt ediblər. Nəticədə avtobus sürücüləri dayanacağa daxil olmaqda çətinlik çəkiblər. İzləyicinin iddiasına görə, sözügedən avtomobillər uzun müddət ərazidə qalıb və sürücülər hadisə yerində olmayıb.
Qeyd edək ki, qanunvericiliyə görə, sürücülər avtomobillərini avtobusların dayanacağını bildirən xətlərin qurtaracağında və ondan 15 metr kənarda saxlaya bilərlər.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə, 40 manat məbləğində cəriməylə nəticələnə bilər.
Nərmin


Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO














