Göygöldə "avtoş"luq edən sürücü məhkəməyə çıxarılıb CƏZALANDIRILDI - VİDEO - FOTO

Göygöl rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü saxlanıldı. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun rəisi polis baş leytenantı Eşqin Qasımov Avtosfer.az-a açıqlamasında bildirib ki, 90-HH-074 nömrəli “VAZ- 2114” markalı avtomobilin əks hərəkət zolağına çıxması, təhlükəli manevrlər etməsi və avtoxuliqanlıq edərək cəmiyyətə açıqca hörmətsizlik etməsi barədə video yayıldıqdan sonra dərhal Göygöl rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılmış və rayon sakini 1992-ci il təvəllüdlü Eşqin Bayramov barəsində toplanılmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 511-ci ( Avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə və 1 il müddətinə sürücülük hüququnda məhrum edilib. Onu da qeyd edim ki, E. Bayramovun Göygöl rayon Polis Şöbəsində işləyən hər hansı bir rəhbər vəzifəli qohumu yoxdur.
Təbriz
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO












