"Hyundai" qayda pozdu, hakim motosikletçini CƏZALANDIRDI - FOTOFAKT

Vətəndaş Azad İsrafilovun başına əməlli-başlı oyun gəlib. Avtosfer.az-a müraciət edən şəxs bildirib ki, bir müddətdir 99-A-658 dövlət nömrə nişanlı motosiklet idarə edir. Bu günlərdə dövlət yol polisi əməkdaşı sürücünü saxlayaraq sürücülük hüququndan məhrum edilməsi barədə məlumat verib. Azad bu barədə məlumatlı olmadığını bildirib. Məsələni araşdırmaq üçün qeydiyyatda olduğu İmişli rayonuna gedib. İmişli rayon Məhkəməsinə müraciət edərək məsələ ilə bağlı məlumat almaq istəsə də əvvəlcə ona bu barədə məlumat vermək istəməyiblər və həqiqətən də sürücülük hüququnun olmadığını bildiriblər.
Lakin məhkəmə sənədləri ilə tanış olan zaman Azad İsrafilov hakimin etdiyi kobud səhvi aşkara çıxardıb. Məlum olub ki, əslində sürücülük hüququndan məhrum edilən heç də o deyilmiş. Belə ki, qayda pozan və yol polisi tərəfindən sürücülük hüququnun məhrum edilməsi barədə barəsində məhkəməyə müraciət olunan 99-NA-658 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsüdür. Lakin DYP tərəfindən elektron qaydada yazılmış protokolda foto “Hyundai”nin olsa da dövlət nömrə nişanı olaraq “N” hərfi ixtisara düşdüyü üçün motosiklet sürücüsü cərimə olunub.
Belə ki, cari ilin fevral ayının 22-də 99-NA-658 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil texniki baxışdan keçmədiyi üçün elektron qaydada cərimə olunub. Lakin cərimə motosiklet sürücü barədə tərtib edilib. Təbii ki, bundan xəbəri olamayan Azad İsrafilov da cəriməni ödəməyib. Nəticədə 3 ay müddət keçdikdən sonra DYP sürücülük hüququnun məhdulaşdırlması üçün məhkəməyə müraciət edib. Amma nə hakim, nə də məhkəmə heyəti fotodakı “Hyundai” ilə yazıdakı motosikleti “ayırd” edə bilməyib. Nəticədə vətəndaşın haqsız yerə sürücülük hüququ məhdudlaşdırılıb.
Vətəndaş bu barədə məhkəmədən sənəd alaraq DYP-yə təqdim edib və barəsindəki ittiham aradan qaldırılıb.
Orxan
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














