Manaf Ağayev dillərə dastan olan “Maybach”ı ilə yenə qayda pozdu - ANBAAN VİDEO

Müğənni Manaf Ağayev “Mercedes-Maybach” markalı lüks avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. M.Ağayev idarə etdiyi 10-BU-100 dövlət nömrə nişanlı avtomobil 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı həyata keçirib. O, bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Qeyd edək ki, bu qayda pozuntusuna görə “Yol hərəkəti” haqqında qanuna əsasən, sürücüyə 3 bal və 60 manat məbləğində cərimə tətbiq edilir. Xatırladaq ki, M.Ağayev bundan əvvəl Füzuli rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz səfər etdiyinə görə 15 sutka inzibati həbs cəzası alıb. Qayda pozuntusunun əks olunduğu görüntüləri təqdim edirik:
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












