Masazırda dar küçəni zəbt edib günlərlə “yoxa çıxdı” - 77-AF-924 - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə dekabrın 6-da səhər saatlarında Seyid Əzim Şirvani küçəsində qeydə alınıb.
Kadrdan göründüyü kimi, 77-AF-924 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü dayanma-durma tələblərini pozaraq nəqliyyat vasitəsini yaşayış məhəlləsinin arxa küçəsində saxlayıb və ərazidən uzaqlaşıb. Şikayətçinin sözlərinə görə, sürücü avtomobili ötən günün axşamından - dekabrın 5-dən həmin yerdə saxlayıb və özü həmin ünvanda yaşamır. Bu səbəbdən küçədən istifadə edən sakinlər hərəkətdə çətinlik çəkib, digər avtomobillərin keçidi isə demək olar ki, tam məhdudlaşıb. İzləyici iddiasına əsasən, sakinlər sürücüyə xəbər verməyə çalışsalar da, onunla əlaqə yaratmaq mümkün olmayıb.
Qanunvericiliyə əsasən, dayanma-durma qaydalarının pozulması yolun daralmasına, digər nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına, yaşayış məhəlləsi daxilində keçidin bağlanmasına səbəb olarsa, inzibati məsuliyyət yaradır və sürücüyə cərimə tətbiq olunur.
Sürücülər nəqliyyat vasitəsini yalnız xüsusi ayrılmış və hərəkətə maneə yaratmayan yerlərdə saxlamaqla həm öz təhlükəsizliyini, həm də digər sakinlərin hüquqlarını qorumuş olurlar.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












