Öz rahatlığını düşünən sürücü hamıya təhlükə yaratdı - VİDEO
Qaydalar
11 Avqust 2025 10:00

Bakıda manevr qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 27-də, paytaxtın Dənizkənarı yolunda qeydə alınıb. Belə ki, 77-RY-162 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət etdiyi zaman anidən geriyə dönmə yerinə daxil olmağa çalışıb. Bu zaman sol zolaqlarla hərəkət edən avtomobillərin qarşısını kəsərək onlara qəza şəraiti yaradıb.
Qeyd edək ki, bir az qarşıda daha bir geriyə dönmə yerinin olmasına baxmayaraq, sürücü yolunu qısaltmaq üçün bu hərəkətə yol verib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə olunub.
Fərid
Oxunub : 1186
DİGƏR XƏBƏRLƏR
29 Oktyabr 2026 17:00
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
29 Oktyabr 2026 15:36
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO - VİDEO
29 Oktyabr 2026 15:23
Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - VİDEO
29 Oktyabr 2026 14:00
Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009 - VİDEO
29 Oktyabr 2026 09:00
Nərimanovda asfalt çöküb; maşınların hamısı çuxura düşür - VİDEO
28 Oktyabr 2026 20:15
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
28 Oktyabr 2026 19:23
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
28 Oktyabr 2026 17:06
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR
28 Oktyabr 2026 14:30
Yolayrıcında səhv zolaqda dayandığı yadına düşdü – 90-AC-109 - VİDEO
28 Oktyabr 2026 12:00
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
27 Oktyabr 2026 20:45
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
27 Oktyabr 2026 18:00
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
ŞƏRH YAZ












