Piyada keçidini parkinqlə səhv salan sürücüləri siz də tanıyın - VİDEO

Dayanma-durma qaydalarını pozan sürücülər piyadaların hərəkətinə əngəl törədib. Bu barədə izləyicilər Avtosfer.az-a video və fotolar göndəriblər. Belə ki, paytaxtın Mirəsədulla Mirqasımov ilə Süleyman Rüstəm küçələrinin kesişməsində qeydə alınmış görüntüdən aydın olduğu kimi , 77-AR-662 dövlət nömrə nişanlı “Changan Uni-V” markalı avtomobilin sürücüsü piyada keçidini zəbt edib. Maşını keçidin üzərində saxlayıb ərazidən uzaqlaşan sürücü piyadaların təhlükəsiz şəkildə hərəkətinə əngəl törədib.
Qayda pozan digər bir sürücü Sumqayıt şəhəri M.Əsədov küçəsində görüntülənib. Belə ki, 77-LO-748 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını piyada keçidində saxlayaraq ərazidən uzaqlaşıb. Nəticədə o, piyadaların hərəkətinə çətinlik yaradıb.
Sumqayıt şəhəri 17-ci mikrorayon ünvanında eyni qayda pozunstusunu törədən 01-CH-226 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü məktəblilərin yolunu kəsib.
Xatırladaq ki, bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnə bilərlər.
Nərmin
Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər - VİDEO
Polis hərəkətin intensiv olduğu ərazilərdə gücləndirilmiş rejimdə xidmət edir - VİDEO
Bu küçədə “Durmaq qadağandır” nişanı quraşdırıldı: Cərimələnə bilərsiniz – VİDEO
İkinci cərgədə dayanan sürücü özünə haqq qazandırdı: Adam gözləyirəm - VİDEO
Nömrəsinə güvənən sürücünün hərəkəti insanlara təhlükə yaratdı -10-AA-034 - VİDEO
"BakuBus" sürücüləri avtobus zolağını bəyənməyib yarışa çıxdılar - VİDEO - YENİLƏNİB
Piyada keçidində qəza işıqlarını yandırmaq olarmı? – AÇIQLAMA – VİDEO
Avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
Sürücü maşını binanın girişində park edib sakinlərin yolunu kəsdi - VİDEO
"BakuBus" sürücüsü avtobusu çirkləndirməmək üçün 3 dəfə qayda pozdu - VİDEO
Maşını yolayrıcında saxlayıb motosiklet sürücüsünə təhlükə yaratdı - VİDEO










