Qayda pozan sürücüləri gözləyən ən ağır cəza hansıdır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr və inzibati cəzalar sürücülərin məsuliyyətini artırmaq və yol təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Qanunvericiliyə əsasən, qayda pozuntusunun növü və ağırlıq dərəcəsindən asılı olaraq, sürücülər müxtəlif məbləğlərdə cərimə edilə və ya daha sərt inzibati cəzalara məruz qala bilərlər.
Bəs sürücüləri gözləyən ən yüksək və ən aşağı cərimə hansılardır? Ümumiyyətlə, sürücünün qayda pozuntusuna görə ala biləcəyi ən ağır inzibati cəza hansıdır?
Avtosfer.az-ın məlumatına görə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev “Baku.ws”ə bildirib ki, ən aşağı inzibati cərimə məbləği 10 manatdır və bu, müəyyən xırda qayda pozuntularına görə tətbiq edilir:
![]()
"Ən yüksək inzibati cərimə məbləği isə 15 min manatdır və törədilən qayda pozuntusunun xarakterindən asılı olaraq daha ciddi hallarda nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə əsasən, qayda pozuntusunun ağırlığından asılı olaraq nəqliyyat vasitəsinin idarəetmədən kənarlaşdırılma, habelə hakim tərəfindən inzibati tənbeh növündə inzibati həbs, sürücülük hüququnun məhdudlaşdırılması haqda qərarlarda da qəbul olunur".
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR
Yolayrıcında səhv zolaqda dayandığı yadına düşdü – 90-AC-109 - VİDEO
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO












