Sayrışan işıq quraşdıran sürücü "hava atdı" - VİDEO
Avtomobilə sayrışan işıqlar quraşdıraraq video çəkib sosial şəbəkələrdə paylaşan sürücü özünü ifşa edib. Belə ki, 99- EY-802 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş göy və qırımızı sayrışan işıqlar quraşdırıb. Bununla da İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələblərini pozub. Qanunvericiliyə görə nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO











