Tələsən sürücü manevr qaydasını 11 dəfə pozub görün hara getdi - VİDEO

Bakıda təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan sürücünün görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-SL-261 qeydiyyat nişanlı “Mitsubishi Lancer” markalı avtomobilin sürücüsü dekabrın 11-i paytaxtın Nəriman Nərimanov prospekti ilə hərəkət edən zaman sol zolağa qəfil manevr edərək görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. O, daha sonra manevr və ötmə qaydalarını 11 dəfə kobud şəkildə pozaraq təhlükəli hərəkətinə davam edib. Sürücü bu hərəkətlərdən sonra Mikayıl Müşviq küçəsində dayanaraq avtomobilini park edib.
Yolda qaydaları pozan və yaxud təhlükəli hərəkətlər edərək qəza şəraiti yaradan sürücülərə irad bildirərkən adəti üzrə müxtəlif bəhanələr gətirirlər. “Tələsirəm”, “xəstəm var” və.s bu kimi bəhanələr gətirən sürücülər özlərini günahsız çıxarmağa çalışırlar. Sanki cəmiyyətdə ən vacib işləri bunlar görür, digər insanlar avaraçılıqla məşğuldurlar.
Təqdim etdiyimiz videodan da aydın şəkildə görünür ki, “tələsən” bu sürücü avtomobili park edərək gözləyib.
Sürücülərə bir daha tövsiyə edirik ki, yolda qaydaları pozmasınlar və digər sürücülərə təhlükə yaratmasınlar. Qeyd edək ki, bəhanələriniz baş verə biləcək qəzadan sizi qurtarmayacaq.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












