Telefonla oynayan sürücü svetoforda "yatıb" qaldı - VİDEO

Müasir dövrdə mobil telefonlar insanların ayrılmaz hissəsinə çevrilib. Hətta sosial şəbəkələr yarandıqdan sonra insanlarda telefona qarşı aşırı bir asılılıq yaranıb. Çox təəssüf ki, yolu keçən piyadalar, həmçinin sükan arxasında olan sürücülər də telefondan istifadə edirlər. Lakin bu, çox təhlükəli bir hərəkətdir.
Avtosfer.az xəbər verir ki, belə sürücülərdən biri Badamdar şosesində kameraya düşüb. Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü sükan arxasında telefonla məşğul olduğu üçün svetoforun yaşıl işığının yanmasından xəbərsiz olub. Əks tərəfdəki sürücü hərəkətə başlayıb onun yanından keçən zaman, o yenə də hərəkətə başlamamışdı.
Sürücülərə tövsiyə edirik ki, sükan arxasında telefondan istifadəni minimuma endirsinlər. Çünki telefonla məşğul olan sürücü yolda baş verən hadisə ilə bağlı vaxtında qərar verə bilmir. Bu səbəbdən qəza qaçılmaz ola bilər.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












