Təmir sexində avtomobil yanıb külə döndü - ANBAAN VİDEO

Təmir sexində avtomobil yanaraq yararsız hala düşüb. Avtosfer.az xəbər verir ki, videogörüntü sosial şəbəkədə yayılıb. Belə ki, baş verən nasazlıq səbəbindən avtomobildə yanğın baş verib. Lakin nə avtomobildə, nə də ki, təmir sexində odsöndürən olmadığı üçün yanğının qarşısını almaq mümkün olmayıb.
Avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsində odsöndürənin olmasını tələb edir. Lakin sürücülər əksər hallarda bu məsələyə səthi yanaşır. Avtomobilin konstruksiyasında lazım olan və olmayan digər avadanlıqlara maliyyə ayırmağa imkan tapırlar, amma 20-30 manatlıq odsöndürəni almağı öz büdcələrinə qıymırlar. Nəticədə isə əziyyətlə aldıqları maşın bir gün yanır və onu söndürə bilmirlər.
Qeyd edək ki, hətta bu cür texniki servis mərkəzlərində odsöndürənlərin olması vacibdir. Burada da ustaların marağı olmalıdır. Çünki təcrübədə dəfələrlə olub ki, ustanın səhvi ucbatından avomobildə yanğın baş verib. Belə olan halda zərəri kiçik xərclə qarşılamaq üçün yanğına vaxtında müdaxilə etmək lazım gəlir. Odsöndürən olmadığı halda bunu etmək mümkünsüz olur. Nəticədə həm usta, həm də sürücü ziyana düşür.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












