Xətaidə özbaşınalıq: Təkərlərlə yolu bağlayan sahibkara ciddi xəbərdarlıq edildi

Xətai rayonunda yerləşən mərasim evlərindən birinin sahibi tərəfindən yolun bir hissəsinin qanunsuz zəbt edilməsi ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən məlumatına görə, sakinlər bildiriblər ki, sahibkarın bu əməli nəticəsində avtomobillərini park etmək üçün ciddi çətinliklərlə üzləşirlər.
"Kamran Əsgərli və Sədi Musayev küçələrinin kəsişməsindəki mərasim evinin sahibi yolun kənarına yararsız təkərlər düzərək ərazini zəbt edib və heç kimə avtomobilini saxlamağa icazə vermir. Dəfələrlə aidiyyəti qurumlara şikayət edilsə də, uzun müddətdir ki, heç bir nəticə yoxdur", - şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində sözügedən ərazidə maneələr aradan qaldırılıb.
"Əməkdaşlarımız tərəfindən lazımi tədbirlər görülüb və sürücülərin nəqliyyat vasitələrini rahat park edə bilmələri üçün şərait yaradılıb", - deyə T.Nəsirli qeyd edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) cavab olaraq ərazinin maneələrdən təmizləndiyi diqqətə çatdırılıb.
"Xətai rayonunda Kamran Əsgərli və Sədi Musayev küçəsinin kəsişməsindəki əraziyə AYNA əməkdaşları tərəfindən baxış keçirilib. Yolun bir hissəsini kustar üsullarla zəbt edən sahibkara ciddi xəbərdarlıq edilib. Ərazinin maneələrdən təmizlənməsi təmin edilib".
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












