Xətaidə “Prius” sürücüsü qoçuluq edib yol kəsir – 77-TL-980 - VİDEO

Bakıda “Prius” sürücüsü başqa bir avtomobilin önünü kəsib onun hərəkətinə maneə yaratmağa çalışıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonunda sürücünün yol hərəkəti qaydalarını pozmaqla yanaşı özbaşınalıq etməsi kameralara düşüb. Belə ki, Gəncə prospektində sol zolaqla hərəkətini davam etdirən avtomobil sürücüsü Avtosfer.az-ın sosial şəbəkə hesabına şikayət edib.
Onun sözlərinə görə, prospektdə irəliləyərkən arxadan işıq siqnalı ilə davamlı narahatlıq verən 77-TL-980 nömrəli “Prius” markalı avtomobilin sürücüsü digər zolaqda ona yanaşıb. Aralarındakı kiçik mübahisədən sonra “Prius”un sürücüsü maşını onun önünə sürüb və hərəkəti dayandırıb. İşıqforun yaşıl işığında belə maşını dayandırıb. Siqnal səsindən sonra hərəkəti davam etdirib.
Sürücünün sözlərinə görə hadisə yanvarın 3-ü 22:26-da baş verib. O avtomobildə ailəsi ilə birlikdə olub.
Səfər
Yağışlı havada "avtoş"luq edən saxlanıldı
Bakıda sürücülər arasında gərginlik: “Öz zolağımla gedirəm, sən çıxırsan üstümə” - VİDEO
Qarşıdan gələn maşının yolunu kəsib qəza şəraiti yaratdı - 77-RY-378 - VİDEO
Biləcəridə bu piyada keçidinin önü hər gün bağlanır; yolu keçmək çətinləşir - VİDEO
Musabəyov parkının yanındakı bu işıqforda hansı halda hərəkəti davam etdirə bilərsiniz? – İZAH - VİDEO
Taksi duracağını zəbt edib sürücünü çıxılmaz vəziyyətdə qoydular - VİDEO
Maşını motosikletin üzərinə sürüb təhlükəli anlar yaşatdı - VİDEO
Abşeronda növbəti REYD: 23 motoxuliqan SAXLANILDI - VİDEO
Masazırda sürücü qırmızı işıqda yolayrıcına girdi – 10-MR-414 - VİDEO
Bakıda sürücü qəzadan son anda xilas oldu - VİDEO
Əks yola çıxan sürücü maşınlara qəza şəraiti yaratdı - VİDEO












