Xətaidə “şou” göstərib avtoxuliqanlıq edən “VAZ”ın sürücüsü həbs edildi - FOTO/VİDEO

Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini İ.Hüseynov idarə etdiyi “VAZ” markalı avtomobillə Xətai rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində inzibati protokol tərtib edilib. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü İ.Hüseynov sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub.
Qeyd edək ki, Avtosfer.az saytında sürücünün hərəkətləri ilə bağlı video yayılmlışdı.
Xəyalə yol hərəkəti qaydalarını pozdu - 100 manat + 2 bal cərimə - FOTO
Sıxlıqdan çıxmaq istəyən sürücülər vəziyyəti daha da çətinləşdirdi - ANBAAN VİDEO
Avtomobillərə qoşulub əks yola çıxan avtobus sürücüsü yolu kəsdi - VİDEO
Masazırda sürücülər kütləvi şəkildə əks yola çıxıb hərəkəti çətinləşdirdi - VİDEO
Yolun ortasında nəzarətsiz buraxılan heyvan sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Özünü əziyyətə salmayan sürücü 100 manatlıq qayda pozdu - VİDEO
Özünü ağıllı sayan sürücü digər maşının yolunu kəsib qırmızı işığa saldı - VİDEO
Paytaxtda avtoxuliqanlıq edən sürücü 25 gün HƏBS EDİLDİ - VİDEO
Abşeronda reyd - Motoxuliqanlar və narkoman sürücülər saxlanıldı - FOTO - VİDEO
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO
Qayda pozan sürücü səhvini düzəldərkən yenidən qayda pozdu - VİDEO













