Yaşayış zonasında bir-biriylə yarışan sürücülər - 49-BF-941 və 10-EE-476 - VİDEO

Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində kobud qayda pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, video “TikTok” sosial platformasında paylaşılıb. Belə ki, 49-BF-941 dövlət nömrə nişanlı “VAZ-2107” markalı və 10-EE-476 dövlət nömrə nişanlı “VAZ-2101” markalı avtomobillərin sürücüləri yaşayış zonasında yarışaraq bir-birini ötməyə çalışıblar. Eyni zamanda “VAZ-2101” markalı avtomobilin sürücüsü avtomobilin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edilməsinə görə, avtomobili idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bit il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












