"Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli" adlı silsilə təlimlər davam edir - FOTO

Bakı şəhəri 244 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və mərkəzin “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri iştirak ediblər.
Qonaqlar məktəblilərə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzusunda təlim keçiblər.
Daha sonra şagirdlərdən ibarət "Sürücülər", "Piyadalar", "Sərnişinlər" komandaları arasında yol hərəkəti qaydaları ilə bağlı yarış keçirilib və "Piyadalar" komandası qalib seçilib.
Sonda yarışda iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
























