Yol hərəkəti qaydalarını tez-tez pozanlara kredit verilməyəcək? – Ekspertdən DETALLAR

Bundan sonra vətəndaşlara kredit verilərkən müxtəlif qurumların yazdığı cərimələr də nəzərə alınacaq. Belə ki, vətəndaşların təkcə bank kreditləri deyil, həm də onların inzibati cərimələri barədə məlumatları kredit bürosunun elektron sisteminə əlavə ediləcək. Banklar kredit müraciətlərinə baxarkən həm yol polisi, həm də digər qurumlar tərəfindən yazılan cərimələri də sistemdə görə biləcəklər.
Bu yeniliyə səbəb nədir?
Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov qeyd edir ki, yenilik bankların vətəndaşlar barədə daha çox məlumat almasına hesablanıb: “Kredit bürosunda toplanan məlumat vətəndaşın kredit tarixcəsidir. Yəni orada vətəndaşın, kimə, nə qədər və hansı borcunun olduğu məlumatlar toplanır. Yenilikdə məqsəd də odur ki, borc verən kredit təşkilatları, banklar vətəndaşın borcunun olub-olmadığını, onu vaxtında ödəyib-ödəmədiyini bilsin və onun əsasında da kredit verib-verməmək barədə qərar çıxara bilsinlər. Təbii ki, kreditorlar da vətəndaşların inzibati cərimələri də vaxtında ödəmələrində maraqlıdır.
Bu baxımdan kredit bürolarında vətəndaşlar barədə tam məlumatların toplanması yenilik normaldır. Hətta deyərdim ki, bəzi məsələlər hələ ki, burada öz əksini tapmayıb. Xeyli vətəndaş var ki, ticarət şəbəkələrindən nisyə mal alır. Bu məlumatlar isə orada yer almayıb. Belə vəziyyətdə banklar vətəndaşlar barədə daha çox məlumatlara malik olacaqlar”.
Ekspert düşünür ki, atılan addım vətəndaşları inzibati öhdəlikləri vaxtlı-vaxtında icra etməyə sövq edəcək: “Bu yeniliklə kimlərsə banklardan kredit ala bilməyəcək. Həmin addım belədə vətəndaşları inzibati öhdəlikləri vaxtında ödəməyə təşviq edəcək”.
Ekspertin fikrincə, yenilik banklardan kredit alanların sayının azalmasına gətirib çıxaracaq: “Amma inzibati cərimələri, kommunal xərcləri ödəyə bilməyən, yaxud ödəməyənlərin sayının çox olduğunu da düşünmürəm. Ona görə də yenilikdən sonra kredit alanların sayı azalsa da bu kəskin şəkildə olmayacaq. Çünki həmin istiqamətdə ciddi problemi olanların çox olduğunu güman etmirəm. Adətən vətəndaşlarımızın mütləq əksəriyyəti kommunal xərcləri, inzibati cərimələri vaxtında ödəyir”.
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO












