Maşınla dənizə girmək trendi: yol polisi hərəkətə keçdi - "Hyundai" suda qaldı - VİDEO

Havalar isinən kimi çimərliyə axışan insanlarla yanaşı avtomobillərini də dənizə sürənlər çoxalıb. İnsanların dincəldiyi çimərliklərdə avtomobilləri ilə "avtoş"luq edənlər, maşını dənizin içinə sürənlər asayişi pozduqları üçün ictimai qınaqla bərabər məsuliyyətə də cəlb olunurlar. Cəzalandırılanlardan dərs almayan növbəti sürücü yenə də avtomobili ilə dənizə girməyə çalışıb. Avtosfer.az bildirir ki, 10-MD-303 qeydiyyat nömrəli “Hyundai Terracan”nın sürücüsü şou göstərmək məqsədilə avtomobilini dənizə salsa da, maşın suya irən kimi sönüb. Ətrafdakılar maşını dənizdən çıxarmağa cəhd etsələr də, bu, mümkün olmayıb. Daha sonra kömək üçün “QAZ” markalı yük avtomobili, eləcə də "Niva" çağıran sürücü böyük çətinliklərlə maşınını sudan çıxara bilib. Onun bu hərəkəti çimərlikdəkilər tərəfindən xoş qarşılanmayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında bildirib ki, insanların dinciliyini və istirahətini pozan bu cür sürücülər inzibati məsuliyyətə cəlb olunur və olunmağa da davam edəcək. Yol polisi bu istiqamətdə ciddi addımlar atmağa başlayıb: "Bu cür hallara yol vermək olmaz. Bütün sürücülərə bir daha xəbərdarlıq edirik ki, çimərliklərdə təhlükəli hərəkətlərdən uzaq olsunlar".
Qeyd edək ki, Vaqif Əsədov sözügedən videodakı avtomobilin sürücüsünün də cəzalandılıracağını bildirib: “Hazırda 10-MD-303 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi barəsində lazımı tədbirlər görülür Vətəndaşlar belə hallarla rastlaşdıqda bizə müraciət edə, görüntülər göndərə bilər. Əmin olsunlar ki, dərhal tədbir görüləcək”.
Pandemiya şəraitində ağır keçən qış mövsümündən sonra istirahət etmək üçün çimərliyə yollananlar belə sürücülərə görə ora da dinclik tapa bilmir. Yol polisinin təşəbbüsü ilə qısa zamanda bu məsələ də öz həllini tapacaq.
Avtomobilini “çimizdirmək” istəyənlər artıq dənizdən uzaq tutulacaq.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













