Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - VİDEO

Qəzalar 21 İyun 2026 12:24
Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda ağır yol-nəqliyyat hafisəsi olub. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus  piyadanı vurub.

Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.

1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 388
ŞƏRH YAZ
Ad

E-mail

Şərh