Banner

Bakıda avtomobil naməlum piyadanı vuraraq ağır xəsarət yetirdi

Qəzalar 13 İyun 2021 09:46 Oxunub 1552
Bakıda avtomobil naməlum piyadanı vuraraq ağır xəsarət yetirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Hüseyn Cavid parkının yaxınlığında avtomobil yolu keçən təqribən 55-60 yaşlı naməlum kişini vurub.

Hadisəni törədən taksi sürücüsü yaralını (şəxsiyyəti dəqiqləşdirilir-red) öz avtomobili ilə xəstəxanaya çatdırıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh