Bakıda taksi qəzaya düşdü, sərnişin yaralandı
Qəzalar
14 İyun 2021 08:31
Oxunub 1208

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə taksidə əyləşən sərnişin, 1987-ci il təvəllüdlü Rəhimi Təranə Adil qızı xəsarət alıb.
O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













