Binədə üç avtomobilin toqquşmasının ANBAAN VİDEOSU - YENİLƏNİB

Qəzalar 28 Avqust 2026 12:26
Binədə üç avtomobilin toqquşmasının ANBAAN VİDEOSU   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakının Xəzər rayonu, Binə qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində baş verib.

İlkin İslam oğlu Manafov idarə etdiyi VAZ markalı, 56-BR-480 dövlət nömrə nişanlı avtomobillə sağ zolaqdan birbaşa sola dönmə edərkən, arxadan gələn 99-YU-179 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" və 77-TE-247 dövlət nömrə nişanlı "AzSamand" markalı avtomobillər ona çırpılıb. Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

***12:00

Bakının Xəzər rayonu, Binə qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Hadisə ötən gün saat 18:25-də qəsəbə ərazisində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan avtomobillərdən biri sol dönmə manevri edən zaman arxadan gələn iki maşın ona çırpılıb. Hadisəyə ara məsafəsinin düzgün saxlanılmaması və manevr qaydasının pozulması səbəb olub.

Nəticədə üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Oxunub : 140
ŞƏRH YAZ
Ad

E-mail

Şərh