Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO

Qəzalar 28 Avqust 2026 10:53
Siyəzəndə AĞIR QƏZA:  İki yük maşını toqquşdu - VİDEO
WhatsApp kanalımıza abunə olun

Siyəzən rayonu ərazisində yük avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev bildirib ki, hadisə avqust ayının 27-də, saat 01:30-da qeydə alınıb.

"Bakı-Quba-Dağıstan dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 87-ci kilometrliyində Elşad Fuad oğlu Əliyevin idarə etdiyi DAF markalı, 51-BG-534 dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı istiqamətində olarkən Miryaqub Feyruz oğlu Rufiyevin idarə etdiyi "Shacman" markalı 99-UV-965 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə DAF markalı yük avtomobilinin sürücü Elşad Əliyev xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə E.Hacıyev bildirib./oxu.az

***

Siyəzən rayonu ərazisində yük avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Hadisə ötən gün Quba-Bakı yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, toqquşma nəticəsində yük avtomobillərindən biri yol kənarındakı dəyərə aşıb.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh