Fatmayı-Mehdiabad yolunda dəhşətli qəza: Ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Noyabrın 26-sı saat 12 radələrində Abşeron rayonunda, Fatmayı kəndinin ərazisində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Elcan Zair oğlu Ələsgərovun idarə etdiyi 90-YD-245 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" markalı avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
***15:36
Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad-Fatmayı avtomobil yolunda baş vermiş avtoqəza zamanı bir nəfərin ölüm faktı qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 26-sı saat 12:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiabad-Fatmayı ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Qəzada həlak olan Elcan adlı şəxs taksi fəaliyyəti ilə məşğul olub.


***14:36
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin Oxu.Az-a verdikləri məlumata görə, "Chevrolet Cobalt" avtomobili Mehdiabad-Fatmayı yolunda idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi aşaraq yararsız hala düşüb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlara sorğu verilib.
Sözügedən yol-nəqliyyat hadisəsinin görüntüsünü təqdim edirik:
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO
Gəncədə avtomobil evin hasarına çırpılıb - FOTO
Balaxanı yolunda zəncirvari qəza: 6 maşın toqquşdu - VİDEO
Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı - VİDEO
İsmayıllıda qeyri-adi qəza: Gənc oğlan maşına çırpıldı - ANBAAN VİDEO
Şəhid anası faciəvi şəkildə öldü - FOTO
Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? - TƏFƏRRÜAT
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var












