Goranboyda AĞIR QƏZA: ÖLƏNLƏR və yaralılar var - YENİLƏNİB

Qəzalar 8 İyun 2026 15:30
Goranboyda AĞIR QƏZA: ÖLƏNLƏR  və yaralılar var  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı və durumları açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-də saat 13:00-da Goranboy rayonunda baş verən avtoqəzada xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Onlara müvafiq olaraq sağ bazu sümüyünün yerdəyişmə ilə sınığı və başın alın-təpə nahiyəsinin genişsahəli kəsilmiş yarası, sol bud sümüyünün yerdəyişmə ilə sınığı diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir. Vəziyyətləri ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".

***14:36

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində VAZ-2107 və VAZ-2106 markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində iki nəfər hadisə yerində ölüb, yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 154
ŞƏRH YAZ
Ad

E-mail

Şərh