Piyada keçidinin sağından-solundan keçib təhlükə yaratdılar - VİDEO

Paytaxtın Abay Kunanbayev küçəsində qayda pozan piyadalar kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 4-də saat 21:28 radələrində qeydə alınıb. Kadrlarda görünür ki, piyadalar qaranlıq saatlarda yolu müəyyən olunmamış hissədən keçərək həm öz təhlükəsizliklərini, həm də hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətini risk altına atırlar.
Ərazidə piyada keçidi olsa da, bəzi şəxslər keçiddən istifadə etmədən yolun hərəkət hissəsinə çıxırlar. Bu isə sürücülər üçün qəfil reaksiya tələb edən vəziyyətlər yaradır.
Sözügedən ərazidə vəziyyətlə bağlı fikir bildirən sürücülük təlimçisi Arzu Babazadə qeyd edib ki, Avtosfer.az saytında aparılan işıqlandırmadan sonra ərazidə kifayət qədər piyada keçidləri salınıb. Buna baxmayaraq, piyadaların qaydalara əməl etməməsi problem olaraq qalır.
Qeyd edək ki, piyada keçidinin yaxın olduğu yerlərdə belə “qısa yol” seçimi təkcə inzibati qayda pozuntusu deyil, həm də sürücünün reaksiyasını gecikdirən və gecə saatlarında risk faktorunu artıran əsas səbəblərdən biridir. Bu kimi halların qarşısının alınması üçün yol infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, davranış mədəniyyətinin də paralel şəkildə formalaşması vacib sayılır.
Nərmin
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












