Müəllim şagirdə xəsarət yetirdi, prokurorluq isə valideyni cəzalandırdı - FOTO - VİDEO

Daşkənddə 275 saylı məktəbdə baş verən hadisə Özbəkistanda ictimaiyyət arasında müzakirə mövzusudur.
Avtosfer.az xəbər verir ki, 24 yaşlı informatika müəllimi dərsi pozan, başqa uşaqlara qarşı nalayiq hərəkət edən 8-ci sinif şagirdini obrazlı desək əzişdirib. Hadisənin videosu qısa vaxtda sosial şəbəkədə yayılıb. Uşaq isə xəstəxanaya yerləşdirilib.
Piyada özünü maşınların altına atdı - DİN dəhşətli qəzanın görüntülərini yaydı - VİDEO
Özbəkistan mətbuatı yazır ki, şagird müalicə olunsa da, sərbəst hərəkət etməyə çətinlik çəkir. Hadisədən sonra müəllimə qarşı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb. Məktəbdə çalışan müəllimlər sözügedən şagirdin ipə-sapa yatmadığını deyiblər. Lakin, prokurorluq məktəbdə müvafiq araşdırma apardıqdan sonra cinayət işinə xitam verib. Dövlət qurumunun məlumatında bildirilir ki “müəllim dərs prosesini və öz ləyaqətini qorumaq üçün hərəkət edib. Hadisə dərs vaxtı baş verib.
Şagird dərsi pozub. Təhqiqat zamanı şagirdin müəllim və sinif yoldaşlarına qarşı davranışında bir sıra pozuntular qeydə alınıb. Uşağın tərbiyəsində qüsurlara yol verən valideynlərlə bağlı da tədbir görüləcək”.
Bu hadisədən sonra yerli hakim (qubernator), DİN və prokurorluq nümayəndələri məktəbdə görüş keçirərək müəllimə dəstək olublar. Daxili işlər nazirinin müavini Rüstəm Curaev bildirib ki, “müəllimlərin arxasında generallar və paqon daşıyanlardan ibarət ordu dayanıb”. Daşkənd polisinin rəisi Rövşən Sultanxocayev əlavə edib ki, “müəllimə qalxan əl və ya edilən təhqir cəzasız qala bilməz”. O, müəllimə qarşı qaldırılmış cinayət işinə tam xitam verildiyini də vurğulayıb.
Polkovnikin bəyanatı alqışlarla qarşılanıb.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında qüvvəyə minən qanunla Özbəkistanda müəlimin nüfuzuna zərər yetirən, yaxud təhsil sistemini gözdən salan məlumatların yayılması qadağandır.
Vüqar Yaşaroğlu


Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












