İki nəfər ölüb, yaralılar var - FOTOLAR - YENİLƏNİB

Qəzalar 8 İyun 2026 16:33
İki nəfər ölüb, yaralılar var - FOTOLAR   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Goranboy rayonu, Səmədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-2106 və VAZ-2107 markalı minik avtomobillərinin iştirakı ilə qəzanın baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Avtosfer.az-a bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaşlar, 1942-ci il təvəllüdlü Gülnarə Məhəmməd qızı Hüseynova və 1991-ci il təvəllüdlü Çinarə Heybət qızı Əsgərova xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Rza Yəhya oğlu Qasımov və 1940-cı il təvəllüdlü Şahbaz İsmayıl oğlu Qarayevin meyiti avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***15:30

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı və durumları açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-də saat 13:00-da Goranboy rayonunda baş verən avtoqəzada xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Onlara müvafiq olaraq sağ bazu sümüyünün yerdəyişmə ilə sınığı və başın alın-təpə nahiyəsinin genişsahəli kəsilmiş yarası, sol bud sümüyünün yerdəyişmə ilə sınığı diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir. Vəziyyətləri ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".

***14:36

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində VAZ-2107 və VAZ-2106 markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində iki nəfər hadisə yerində ölüb, yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 268
ŞƏRH YAZ
Ad

E-mail

Şərh