Göygöldə mikroavtobus aşdı, yaralılar var - YENİLƏNİB

Qəzalar 20 İyun 2026 10:51
Göygöldə mikroavtobus aşdı, yaralılar var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar evə buraxılıblar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 20-də saat 05:50-də yol-nəqliyyat hadisəsi ilə əlaqədar 3 nəfər (2 kişi, 1 qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator ambulator müalicə üçün evə buraxılıblar

***09:40
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan 4 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 200
ŞƏRH YAZ
Ad

E-mail

Şərh