Həştərxanda din xadimi tibb bacısını maşınla vurub - VİDEO

Həştərxan psixiatriya xəstəxanasının tibb bacısını piyada keçidində krossover vurması nəticəsində ombası və burnu sınıb.
“Mazda”nın sükanı arxasında olan din xadimi yalnız cübbəsini çıxardıqdan sonra qadının köməyinə gəlib.
Hadisə mayın 22-də səhər saat 07:30 radələrində Naçalovski şossesində baş verib. Müşahidə kamerasına düşən görüntülərə görə, avtomobilin sürücüsü iki qadının olduğu keçidə qədər olan məsafədə hətta sürəti belə azaltmayıb. Qadınlardan biri yayına bilsə də, ikincisi təkərlərin altına düşüb və toqquşmadan sonra zərbə onu qarşıdan gələn zolağa atıb.
Qəzanın günahkarı hadisə yerindən təxminən 15 metr aralıda dayanıb və zərərçəkənə tərəf qaçıb, lakin yarıyolda geri dönərək paltarını dəyişib və yalnız bundan sonra yerə yıxılan qadına yaxınlaşıb.
Zərərçəkmiş xəstəxanaya aparılıb, lakin “Mazda”nın sürücüsü - Şəfaət Kafedral Kilsəsinin rektoru olduğu ehtimal edilən şəxs isə tibbi müayinədən keçməkdən imtina edib, belə ki, bu əməlinə görə onu cərimə və ilyarımlıq hüquqlarından məhrum edilməsi gözləyir
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB











