Kürdəmirdə ağır yol qəzası olub - bir ailənin 5 üzvü xəsarət alıb - FOTO

Kürdəmirdə ağır yol qəzası baş verib.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, üç "Hyundai" markalı avtomaşın toqquşub. Hadisə zamanı avtomobillərdən biri Bakı sakini 44 yaşlı Qədirov Ceyhun Şakay oğluna məxsus nəqliyyat vasitəsi yanaraq külə dönüb və sürücü xəsarət alıb.
Bundan başqa, digər avtomobildə bir ailənin beş üzvü - sürücü 29 yaşlı Həsənov Asim Asif oğlu və onun ailə üzvləri 27 yaşlı Həsənli Nuranə Rüstəm qızı, 29 yaşlı Həsənli Günel Asif qızı, 6 yaşlı Həsənli Səid Asim oğlu və 3 yaşlı Həsənli Asif Asim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yanan avtomobili söndürmək üçün hadisə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.///report
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















