Kuşadasına gedən avtobus aşdı: 30-dan çox YARALI VAR - VİDEO

Qəzalar 22 İyul 2026 10:39
Kuşadasına gedən avtobus aşdı: 30-dan çox YARALI VAR - VİDEO
WhatsApp kanalımıza abunə olun

Türkiyədə İstanbuldan Kuşadasına gedən sərnişin avtobusu qəzaya uğrayıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 22-si səhər saatlarında Kütahya–Afyonkarahisar avtomobil yolunda baş verib. İlkin ehtimala əsasən, sürücü idarəetməni itirib, avtobus əvvəl yol kənarındakı maneəyə çırpılıb, sonra aşıb.

Qəza nəticəsində azı 31 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar.

Hadisənin səbəbləri araşdırılır. Xəsarət alanlar arasında əcnəbilərin olub-olmadığı hələ açıqlanmayıb.

Könül Rauf

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh