Lökbatanda ağır yol qəzası olub, tıxac yaranıb - FOTO

Qəzalar 11 İyun 2021 11:00
Lökbatanda ağır yol qəzası olub, tıxac yaranıb  - FOTO
WhatsApp kanalımıza abunə olun

Bakının Qaradağ rayonunda yol qəzası olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Kənar Dairəvi Yolda, Lökbatan dairəsi istiqamətində baş verib. İlkin məlumata görə, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb.

Bu səbəbdən də həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Oxunub : 4436
ŞƏRH YAZ
Ad

E-mail

Şərh