Oğuzda minik və yük avtomobilləri toqquşdu, xəsarət alan var
Qəzalar
13 İyun 2021 13:17
Oxunub 1486

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
Hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.
Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi "VAZ-21015" markalı avtomobillə "QAZ-53" markalı yük avtomobili toqquşub. Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./report
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













