Qaxda ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB - VİDEO

Qaxda baş verən ağır yol qəzasında yaralananların şəxsiyyəti məlum olub.
APA-nın məlumatına görə, «Daewoo» markalı minik avtomobilində olanlar Qax rayonu Ləkit kənd sakinləri bunlardl:
2004-cü il təvəllüdlü Arzu Allahverdi qızı Əliyeva,
2004-cü il təvəllüdlü Nabat Murad qızı Muradova,
2003-cü il təvəllüdlü Sərdar Mahmud oğlu Orucov.
Mikroavtobusda olan Balakən rayon sakinləri isə bunlardl:
1994-cü il təvəllüdlü Əliyə Babək qızı Əfəndiyeva,
1962-ci il təvəllüdlü Sevil Mahama qızı Musayeva,
1984-cü il təvəllüdlü İlkin Bayram oğlu Həsənov,
1973-cü il təvəllüdlü İdrət Kamal oğlu Həsənov.
Yaralıların vəziyyətlərinin ağır və orta-ağır olduqları bildirilir.
23:20
Qaxda yol qəzası zamanı ölən şəxs rayonun Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfər Şamil oğlu Cəfərovdu.
APA-nın məlumatına görə, “Daewoo” markalı minik avtomobilini idarə edən C.Cəfərov bu il orta məktəbi qutaran məzundu. Qəza zamanı onun idarə etdiyi avtomobildə yaralananlardan da məzun olanları var.
22:44
Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.
Qəza zamanı minik avtomobilində olan sərnişin ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır











