Qobu qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib
Qəzalar
11 İyun 2021 09:10
Oxunub 1830

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1992-ci il təvəllüdlü Qasımov Yaqub Yüsif oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













