Banner

Şəmkirdə ağır yol qəzası oldu - Ölənlər var

Qəzalar 12 Noyabr 2026 09:18
Şəmkirdə ağır yol qəzası oldu - Ölənlər var
WhatsApp kanalımıza abunə olun

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Avtosfet.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Qılıncbəyli kəndində qeydə alınıb.

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobilin aşması nəticəsində kənd sakinləri - 1995-ci il təvəllüdlü Elgün Abbasov və onun həmyaşıdı Eşqin Abbasov həyatını itiriblər. Daha bir nəfər isə xəsarət alıb.

Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh