Banner

Əhalinin gəlirlərindəki artım varlılara, yoxsa kasıbalara müsbət təsir edib? -AÇIQLAMA

Xəbərlər 11 Noyabr 2026 21:14
Əhalinin gəlirlərindəki artım varlılara, yoxsa kasıbalara müsbət təsir edib? -AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda əhalinin gəlirləri və orta aylıq əməkhaqqında artım qeydə alınıb. Avtosfer.az xəbər verirki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çoxdur. Gəlirlərin artım tempi əvvəlki aylarla müqayisədə də yüksəlib. Belə ki, yanvar-sentyabr aylarında bu göstərici 9,6 faiz olub. Əməkhaqlarında da artım müşahidə edilib. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 7,8 faiz çoxdur. Hesabat dövründə inflyasiya 5,6 faiz səviyyəsində qeydə alınıb. Yanvar-sentyabr aylarında illik inflyasiya 5,7 faiz olub. Oktyabrın yekunlarına görə inflyasiya tempi 0,1 faiz zəifləyib. Bu rəqəmlər əhalinin gəlirlərinin qiymət artımını üstələdiyini göstərsə də, əsas məsələ bu artımın insanların gündəlik həyatına necə təsir etməsidir. Bəs əhalinin nominal gəlirlərinin 9,9 faiz artması insanların maddi vəziyyətinin yaxşılaşdığını göstərirmi?

Mövzu ilə bağlı sosioloq Mayıl Yaqub Avtosfer.az-a açıqlamasında bildirib ki, əhalinin gəlirlərinin artması o anlama gəlmir ki, insanların maddi çətinlikləri azalacaq:

"Gəlir artımı əhalinin hansı təbəqəsində müşahidə olunur? Artım varlı təbəqənin, yoxsa aztəminatlı insanların gəlirlərində qeydə alınıb? Çünki statistikada orta göstərici hesablanarkən yüksək və aşağı gəlirli insanların qazancı birlikdə nəzərə alınır. Gəlirlər ümumi olaraq artıbsa, insanların həyata baxış tərzi necə dəyişir? Əgər cəmiyyətimiz kapitalist dünyanın təsiri altındadırsa və istehlakçı düşüncəsi ilə yaşayırsa, əhalinin gəlirləri nə qədər artsa da, maddi sıxıntılar yenə davam edə bilər. Ona görə də məsələyə bu qədər sadə yanaşmaq düzgün olmaz. Çünki əhalinin gəlirləri, insanların həyatdan gözləntiləri və həyata baxış tərzi bir-biri ilə bağlıdır. Ola bilər ki, insanların gəlirləri artsın, amma onlar yenə də maddi çətinlik yaşasınlar. Bunun səbəbi daha bahalı məhsullar almaq, daha yüksək rifah səviyyəsində yaşamaq istəyi ola bilər. Bu zaman gəlirlərdəki artım insanların gündəlik həyatına o qədər də ciddi təsir göstərmir".

Mütəxəssislər hesab edir ki, əhalinin nominal gəlirlərinin 9.9% artması heç də yaşayış səviyyəsinin bu faizdə artması demək deyil.

Bəs bu artım niyə hamının cibində hiss olunmaya bilər?

Burada bir neçə ciddi məqam var. Birincisi, ümumi gəlirlə adambaşına düşən gəlir eyni deyil.

81 milyard manat əhalinin ümumi gəlirləridir. Bu göstəricinin 9,9% artması hər bir vətəndaşın gəlirinin 9,9% yüksəldiyini göstərmir. Bunun üçün adambaşına düşən gəlirin dinamikasına baxmaq lazımdır. İkincisi, gəlirlərin artımı bərabər bölüşdürülməyə bilər.

Məsələn, yüksək gəlirli şəxslərin qazancı daha çox artıbsa, ümumi gəlir statistikası yüksələ bilər. Lakin aşağı gəlirli ailələrin maddi vəziyyəti eyni səviyyədə yaxşılaşmaya bilər.

Üçüncüsü, inflyasiya hamıya eyni təsir göstərmir.

Rəsmi inflyasiya istehlak səbətinin orta qiymət dəyişməsini əks etdirir. Ancaq aztəminatlı ailələrin büdcəsində ərzaq, kommunal xidmətlər və gündəlik tələbat mallarının xüsusi çəkisi daha yüksəkdir. Bu məhsulların qiymətləri ümumi inflyasiyadan daha sürətlə artırsa, həmin ailələrin real alıcılıq qabiliyyəti statistik göstəricidən daha zəif ola bilər.

Dördüncüsü, əməkhaqqı artımına da baxmaq lazımdır.

Orta aylıq nominal əməkhaqqının 7,8% artması, inflyasiyanın 5,6% olduğu şəraitdə, təxminən 2,1% real əməkhaqqı artımı deməkdir. Bu, ümumi gəlirlərin 4,1%-lik real artımından xeyli aşağıdır.

Züleyxa

Oxunub : 40
ŞƏRH YAZ
Ad

E-mail

Şərh