Banner

“Bolt Send”dən istifadə artır: Bolt Azərbaycanda çatdırılma imkanlarını genişləndirir - FOTO

Xəbərlər 11 Noyabr 2026 19:06
“Bolt Send”dən istifadə artır: Bolt Azərbaycanda çatdırılma imkanlarını genişləndirir   - FOTO
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın 38 şəhərində əlçatan olan “Bolt Send” gündəlik əşyaları və kiçik bağlamaları bir ünvandan digərinə göndərməyə imkan verir. Bolt-un 2026-cı ilin ortalarına dair məlumatlarına əsasən, Azərbaycanda xidmətdən istifadə ilin əvvəli ilə müqayisədə artıb.

Şirkət çatdırılma imkanlarını genişləndirərək 2026-cı ilin oktyabrında Bakıda “Qapıya çatdırılma” adlı yeni kateqoriyanı istifadəyə verib. Bu kateqoriyada gündəlik əşyalar və kiçik bağlamalar motosikletlərlə birbaşa alıcının qapısına çatdırılır. Yeni seçim istifadəçilər və kiçik bizneslər üçün çatdırılmanı daha çevik və münasib qiymətə təşkil etmək məqsədi daşıyır.

“İki təkərli nəqliyyat vasitələri” layihəsi Azərbaycan Respublikası Prezidentinin 2025-ci il Yol Xəritəsində nəzərdə tutulan tıxacların azaldılması hədəfinə dəstək məqsədilə həyata keçirilir. Təşəbbüs “Bolt Send” sifarişlərinin icrasında avtomobillərdən istifadəni azaltmaqla yol şəbəkəsinə düşən yükü yüngülləşdirməyə yönəlib.

Çatdırılma kateqoriyaları evdə unudulan açarın və ya telefon adapterinin iş yerinə, sənədlərin tərəfdaşa, hədiyyənin isə yaxın bir insana göndərilməsi üçün istifadə oluna bilər. Onlayn satış edən kiçik bizneslər də məhsullarını müştərilərə çatdırmaq üçün xidmətdən yararlana bilərlər.

“Kiçik bir əşyanı şəhərin digər başına çatdırmaq bəzən ayrıca səfər və xeyli vaxt tələb edir. “Bolt Send”, “Qapıya çatdırılma” kateqoriyaları insanlara olduqları yerdən əşyalarını göndərmək, kiçik bizneslərə isə müştəri sifarişlərinin çatdırılmasını təşkil etmək imkanı yaradır. Məqsədimiz bu ehtiyaclar üçün sadə və əlçatan həll təqdim etməkdir”, — Bolt-un əməliyyatlar üzrə meneceri Aytən Məcidova bildirib.

Göndəriş üçün istifadəçi Bolt tətbiqində müvafiq çatdırılma kateqoriyasını seçərək bağlamanın götürüləcəyi və çatdırılacağı ünvanları daxil edir. Sifarişi təsdiqləməzdən əvvəl qiyməti görmək, daha sonra isə göndərişin hərəkətini tətbiq üzərindən izləmək mümkündür.

Bağlamanı göndərməzdən əvvəl tətbiqin təsdiq ekranında göstərilən şərtlərlə tanış olmaq tövsiyə edilir. Xüsusilə icazə verilən çəki həddinə, göndərilməsi qadağan olunan əşyalara və tərəflərin məsuliyyəti ilə bağlı məlumatlara diqqət yetirmək vacibdir.

FOTO QALEREYA
Oxunub : 278
ŞƏRH YAZ
Ad

E-mail

Şərh