İkinci əl avtomobillər ucuzlaşacaq? – Yeni qayda

Azərbaycanda "İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur müəyyən ediləcək.
Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Qanun layihəsinə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilərlərdə istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.
Sənəddə qeyd edilib ki, rəsmi diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.
Hazırda rəsmi dilerlərdə tətbiq olunan şirkətdaxili siyasətə uyğun olaraq bu cür avtomobillərin satışı komisyon ticarəti formasında deyil, nəqliyyat vasitəsinin diler tərəfindən yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV satışın tam dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız dilerin əldə etdiyi ticarət əlavəsinə deyil, avtomobilin ümumi qiymətina vergi yükünün düşməsinə səbəb olur.
Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün daha ağır vergi yükü yaradır, ikinci əl avtomobil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.
Qeyd olunanları nəzərə alaraq, istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl avtomobillərin rəsmi diler şəbəkələri tərəfindən alqı-satqısı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən (marjadan) hesablanması məqsədəuyğun hesab olunur. Bu yanaşma vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, şəffaflığın artırılmasına və vergi daxilolmalarının orta və uzunmüddətli perspektivdə artmasına xidmət edəcək.
Bəs, bu qərar “ikinci əl” avtomobillərin ucuzlaşmasına imkan yaradacaqmı?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, “ikinci əl” avtomobillərin satılmasında ƏDV-nin dilerin ticarət əlavəsindən hesablanması müsbət addımdır:
“Bu qərar rəsmi dilerlərin vergi yükünü bir qədər azaldacaq. Həmçinin onların “ikinci əl” avtomobil bazarındakı iştiraklarını stimullaşdıracaq. Bu məsələ də vətəndaşlar üçün də üstünlüklər gözlənilir. Belə ki, vətəndaşlar bundan sonra “ikinci əl” avtomobillərini rəsmi dilerlərə satmaq imkanı qazanacaqlar. Eyni zamanda rəsmi dilerlərdən müəyyən təminatı olan, saz vəziyyətdə “ikinci əl” avtomobillər ala biləcəklər.
Vergi yükünün azalması avtomatik “ikinci əl” avtomobillərin ucuzlaşması demək deyil. Bununla belə bu qayda həm istehlakçıya, həm də rəsmi dilerlərə böyük fayda verəcək. Hesab edirəm ki, yeni qaydanın 5 ildən çox istehsal tarixi olan avtomobillərə şamil edilməsi məqsədəmüvafiq sayıla bilər”.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












