Toy karvanında “avtoşluq” edən sürücü “KamAZ”ın altına girdi - ANBAAN VİDEO

Təəssüf ki, son vaxtlar toy karvanında baş vermiş ağır qəzaların şahidi oluruq. Karvanda qeydə alınmış qəzalar isə sürücülərin nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi və “şou” göstərmək niyyətiylə təhlükəli manevrlər etməsi nəticəsində yaranır.
Gürcüstanda soydaşlarımızın düşdüyü qəzanın görüntüsü sosial şəbəkədə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 26-da səhər saatlarında qeydə alınıb. Belə ki, sürücü “VAZ-2106” markalı maşınla toy karvanında təhlükəli manevrlər edib. Bu zaman idarəetmədən çıxaraq “KamAZ” markalı yük maşınına çırpılıb. Zərbənin təsirində “VAZ” tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən sürücü və avtomobildə olan sərnişinlər xəsarət almayıb. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb.
Qeyd edək ki, qəzaya səbəb kimi sürücünün islaq yolda avtomobili yüksək sürətlə idarə etməsi bildirilir.
Nərmin
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












