Sürücülərə ŞAD XƏBƏR: Deputat təklifləri AÇIQLADI

“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə 20 ballıq həddə çatır”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Hüquqdan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir. Bir sıra hallarda işəgötürən şirkətlər sürücülük hüququnu itirmiş sürücüləri işdən çıxarmaq məcburiyyətində qalır. Qısamüddətli hüquq itkisi belə bəzən uzunmüddətli işsizliyə, kredit borclarına və ailə böhranına gətirib çıxarır. 20 ballıq hədd əsas işi sürücülük olanlar üçün xüsusi qeyri-ədalətli hesab edilir. Adi sürücü hüququnu itirsə, alternativ nəqliyyat vasitəsindən istifadə edir. Taksi sürücüsü və ya peşəsi sürücü olanlar isə hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur.
Bu sadaladığım problemi həll etmək üçün hüquqdan məhrumetmə həddinin 20 baldan 40–50 bala qaldırılmasını və ya yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tədbiqini təklif edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olar”, - deputat qeyd edib.
Sürücü yatacaq, avtomobil özü gedəcək: Yeni qaydalar tətbiq olunur
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
"AAYDA"nın vurduğu asfalt müzakirələrə səbəb oldu - VİDEO
Havanın kəskin dəyişməsi ölüm riskini artırırmış - Nə etməli?
Bakıda 1 sot torpaq 2 milyon manat: Ən bahalı ünvanlar
Məcburi köçkün statusunun ləğvi nələri dəyişəcək? – Deputat AÇIQLADI
Magistral yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ
"Üfunətdən, ağcaqanad əlindən evdə oturmaq olmur" - Sakinlərin zibil problemi - VİDEO
Azərbaycanda qadınlar üçün ŞAD XƏBƏR – Pensiya, güzəşt…
Yeni tikiləcək binalar üçün tələblər müəyyənləşdirildi
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ










