Bakıda yerüstü metro stansiyasının relsləri çəkilir - FOTOLAR

Sosial 10 İyun 2026 19:03
Bakıda yerüstü metro stansiyasının relsləri çəkilir - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Bakının Binəqədi rayonunda, Abay Kunanbayev küçəsində (7-ci mikrorayon ərazisində, keçmiş ABU - Azərbaycan Beynəlxalq Universiteti binasının yaxınlığında) yeni metro stansiyası üçün relslərin döşənməsinə başlanılıb. Avtosfer.az-ın "AzPolitika"ya istinadən məlumatına görə, bu, Bakı Metropoliteninin üçüncü yerüstü stansiyası olacaq. Stansiya hazırda inşası davam edən “Dərnəgül” deposunun ərazisində, yerüstü platforma və vestibül şəklində tikiləcək. Şərti adı “Dərnəgül Deposu” olan bu stansiya “Bakmil” və “Xocasən”dən sonra metronun üçüncü yerüstü stansiyası olacaq.

 

FOTO QALEREYA
Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh